İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstanın sabiq Prezidenti: “Azərbaycan mürəkkəb vəziyyətdə bizə dəstək verdi”

“Rusiyanın Bolqarıstana ixrac etdiyi qazı dayandırması nəticəsində mürəkkəb vəziyyət yaranmışdı. Azərbaycan xalqına və hökumətinə çox minnətdarıq ki, bu mürəkkəb vəziyyətdə enerji resursları ilə bağlı bizə dəstək verdi”.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu Bolqarıstanın sabiq Prezidenti (2012-2017-ci illər) Rozen Plevneliyev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Enerji təhlükəsizliyinə cari təhlükələr: onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” adlı paneldə deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər Avropada Rusiya qazından asılılığın 50 faizə qədər azaldılması nəzərdə tutulur: “Lakin Rusiya və Çin arasında yeni qaz kəməri tikilməkdədir. Hindistan da Rusiyadan enerji resurslarının alınmasını artırıb. Bununla belə, Rusya üçün Çin və Hindistan Avropanı əvəz edə bilməz”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR