Onlayn ictimai-siyasi qəzet
Bolqarıstanın texniki hökumətinin Baş naziri Dimitar Qlavçev dəmir yolu qəzasından sonra nəqliyyat və kommunikasiyalar nazirinin müavini Biser Minçevi vəzifəsindən azad edib.
“Report” xəbər verir ki, bu barədə hökumətin Mətbuat xidməti məlumat yayıb.
“Nazirlikdə dəmir yolu nəqliyyatına cavabdeh olan Minçev iki yük qatarının toqquşması ilə nəticələnən faciəvi hadisə ilə əlaqədar nəqliyyat və rabitə naziri Krasimir Stoyanovun təklifi ilə tutduğu vəzifədən azad edilib”, - məlumatda bildirilir.
Qeyd olunur ki, “Dəmiryol İnfrastrukturu” milli şirkətində də istefalar gözlənilir.
Bundan əvvəl Sofiya şəhəri ətrafında, Kremikovtsi dəmir yolu stansiyası yaxınlığında iki yük qatarının toqquşması barədə məlumat yayılıb. Sofiyanın polis rəisi Lyubomir Nikolovun sözlərinə görə, qəza nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
16 Yanvar 2025
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ