İnsanlara hürriyət, millətlərə istiqlal!

BMW-ni benzin tökərək yandıran şəxs azadlığa buraxıldı - QİSAS CİNAYƏTİ

Bakıda tanışının maşınını yandıran şəxs hakim qarşısına çıxarılıb. O, qisas almaq məqsədi ilə BMW markalı avtomobilə benzin tökərək yandırıb.

Musvat.com xəbər verir ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib.

Nicat adlı şəxs tanışı Xəyalın avtomobilini yandırıb. Məlumata görə, Nicat taksi sürücüsü kimi fəaliyyət göstərib. Xəyal Ukranyada işləyən zaman ailəsini Nicata tapşırıb və taksi kimi onları gedəcəkləri ünvanlara aparmasını xahiş edib.

Qonşuların və şahidlərin məlumatına görə Nicat sonrada Xəyalın ailəsini narahat etməyə başlayıb. Hətta qonşular da yaranmış vəziyyətdən narazı olublar. Buna görə Xəyalla Nicat arasında bir neçə dəfə mübahisə olub. Bu məsələdən Nicatın atasının da xəbəri olub.

Xəyal məsələni həll etmək üçün Nicatla görüşmək istəyib. Xəyal özünə məxsus BMW markalı avtomobillə Nicatla görüşə gedib. Nicat idarə etdiyi “Tofaş” markalı avtomobildə olan zaman Xəyal ona işarə edərək saxlamasını istəyib. Lakin Nicat oradan uzaqlaşmaq istəyən zaman maşınlar toqquşub. Xəyal bu barədə “102 Xidməti”nə məlumat verdikdən sonra polisə gedib. Nicat isə hadisə yerindən uzaqlaşandan sonra maşınına dəymiş zərəri görəndə əsəbləşib və Xəyaldan qisas almağı qərarlaşdırıb. Hadisə yerinə qayıdan zaman Xəyalın maşınını yol kənarında görüb. Maşına benzin tökərək yandırıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, tərəflər arasında barışıq olub. Tərəflər bir-birindən şikayətçi olmayıb.

Həbsdə olan Nicat barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR