İnsanlara hürriyət, millətlərə istiqlal!

BMW Çində 3-cü zavodunu açıb

Almaniyanın avtomobil istehsalçısı - BMW Çinin Şenyan şəhərində 2,24 milyard ABŞ dolları dəyərində 3-cü zavodunu açıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, zavod elektrikli avtomobil istehsalını sürətləndirmək üçün inşa edilib.

BMW bununla Çində illik avtomobil istehsalını 130 min ədəd və yaxud 18,6% artıraraq 700 mindən 830 minə çatdıracaq.

Almaniya şirkəti ötən il dünyadakı avtomobil istehsalının 40%-ni Çində reallaşdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR