İnsanlara hürriyət, millətlərə istiqlal!

BMTM COP29 dövrünü səmərəli başa vurub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) COP29 dövrünü səmərəli başa vurub. COP29 çərçivəsində Braziliyanın CEBRI beyin mərkəzi ilə Troika ölkələrində enerji keçidi ilə bağlı mümkün çağırışlar müzakirə edilib.

Musavat.com xəbər verir ki, bu fikirləri BMTM-nin sədri Fərid Şəfiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, COP29 Sədrliyi ilə birgə təşkil edilən "COP29 Düşüncədən əmələ: Bakı Habı ilə həll yollarının formalaşdırılması" mövzusundakı tədbirdə Almaniya, BƏƏ, Misir, Birləşmiş Krallıq və İtaliyadan olan həmkarlarla birgə beyin mərkəzlərinin işçi qrupunun yaradılmasına nail olunub:

"2024-cü il ərzində ənənəvi qaydada Rusiya, Qırğızıstan və Qazaxıstanla ekspert şuralarının iclasları keçirilib. Bu ilin avqustun 27-də Özbəkistanla da sözügedən formatda ilk görüşümüzü keçirmişik.

Bu il 9 tərəfdaşla Anlaşma Memorandumu imzalanıb. Bunlar Türkiyənin İbn Haldun Universiteti, İtaliyanın Asiya İnkişaf İnstitutu, Peruca Universiteti, Koreya Respublikasının Xarici Araşdırmalar üzrə Hankuk Universiteti, Özbəkistanın Xarici Siyasət Araşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzi, Mərakeşin Amadeus İnstitutu, Qırğızıstan Respublikası Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutu, Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu, Vaşinqton mərkəzli Yaxın Şərq İnstitutudur”, - deyə BMTM sədri diqqətə çatdırıb.

Fərid Şəfiyev əlavə edib ki, bu il Xarici İşlər Nazirliyi Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və BMTM-in birgə həyata keçirdiyi AİDA proqramı çərçivəsində Albaniya, Nepal, Braziliya, Pakistan, Niderland, Serbiya, Belçika, Avstraliya, Macarıstan, Mərakeş, Gürcüstan, Çindən olan ekspertlər BMTM-də təqaüd proqramında iştirak ediblər:

"Azərbaycanda olduqları müddətdə ölkəmizlə bağlı müxtəlif araşdırmalar həyata keçirib, görüşlərə qatılıblar".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR