İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT, yoxsa ABMT?

BMT dünya millətlərinin təşkilatıdırsa, mənzil-qərargahı niyə İsveçdə, CAR-da və ya Braziliyada deyil, məhz ABŞ-da olmalıdır?

Qəzzada İsrail ordusunun raketlə məktəb binasını vurması nəticəsində 100-dək insanın ölməsinə Birləşmiş Millətlər Təşkilatının (BMT) bəyanatı bu bölgədə ötən ilin oktyabrdan başlayan aktiv hərbi əməliyyatlardan bəri yaydığı bəlkə də 50-ci çağırışdır. İsrail-Fələsin münaqişəsi ilə bağlı son 50 ildə yerinə yetirilməyən Allah bilir, neçə qərar və qətnamələr də arxivlərdə saralan lazımsız kağız parçasıdır. BMT-nin bu tip arxiv qətnamələri vaxtilə bizim də “yaralı yerimiz” olub, onu yenidən yada salmağın daha mənası yoxdur. Azərbaycan 2020-ci ildə özü torpaqlarını erməni işğalından azad etdi.

155384404358422282_1200x630.jpg (393 KB)

BMT müharibələrin və münaqişələrin qarşısını almaq üçün yaradılsa da, mövcud olduğu 79 il ərzində bəlkə də bu missiyasını barmaqla sayılacaq qədər yerinə yetirib ki, bu hazırda da davam edən qanlı münaqişələrin qarşısınında heç nədir. Təşkilatın sərəncamında silahlı sülhməramlı qoşunlar var. Ancaq indi xatırladığım qədər Avropada Kosova-Serbiya arasında belə bir missiyası var. Afrikada yəqin ki, var, hara(lar)da olduğunu axtarıb tapmağa zaman sərf etməyin mənası yoxdur. Üstəlik, ölkələr hara və nə qədər sülhməramlı göndəriləcəkləri barədə razılığa gəlincə, münaqişə alovlanır, minlərlə insan məhv olur. 1994-cü ildə BMT Təhlükəsizlik Şurası sülhməramlı qüvvələri Ruandada Hutu və Tutsi tayfaları arasındakı savaşın qarşısını almaq üçün göndərənə qədər 3 ayda bir milyona yaxın insan öldürüldü! İnandırıcı kimi səslənmir, amma faktdır! 1999-cu ildə NATO koalisiyasının formal da olsa BMT-nin razılığını almadan keçmiş Yuqoslaviyanı bombalaması da bu təşkilatın onsuz da zəif olan nüfuzunu o dağılan evlərin altında bir daha əzdi. İndi Putinə Ukrayna təcavüzü haqda soruşanda, o da həmişə məlum bombardmanı gözə soxur.

Ukrayna münaqişəsi, İsraillə ərəb ölkələri arasında davamlı toqquşmalar gedir, bəs, BMT bu hadisələrin harasındadır? Önündə deyilsə, yəqin ki, arxasındadır...

1713043460.1619537869_modern.az_israil_45-1.jpg (303 KB)

BMT-də islahatlara ehtiyacı olduğu haqda son illər çox danışılır. Təşkilatın beynəlxalq problemləri daha effektiv həll edə bilməsi üçün Təhlükəsizlik Şurasının 5 daimi üzvünün maraqlarından üstün olmalıdır. Türkiyə Prezidenti Ərdoğan “dünya 5-dən böyükdür” deyəndə bunu nəzərdə tutur. Azərbaycan Prezidenti İlham Əliyev də Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi ilə bağlı konkret təkliflər də verib.

Prezidentin təklifinə görə, bir daimi yer İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və quruma sədrlik edən ölkə bu yerə sahib olmalıdır.

1442160886_5.jpeg (419 KB)

BMT-nin yaradılması tarixi İkinci Dünya müharibəsinin qaliblərinin “ehtirasını” təmin etmək üçün idi, bunlar bəllidir. Əslində, BMT bir Amerika projesidir. İngilislərin də bu təşkilatın yaradılmasında “barmaqları var” və bu ifadəni xoşlamasam da anqlosakslar ona görə BMT-ni yaratdılar ki, oradan bütün dövlətlərə nə qədər mümkünsə, nəzarət etsinlər. Amerikalılar BMT-ni yaratmaqda məqsədləri onu “dünya hökumətinə” çevirmək idi.

Hətta məlumdur ki, müharibənin qalibi SSRİ-ni belə aldatmağa cəhd ediblər. Amma Stalin ABŞ və İngiltərənin BMT-ni özlərinin kukla təşkilatına çevirməyə imkan verməyib. Nə qədər qəribə səslənsə də, məhz Stalin əsas qərarların qəbulu yalnız bir neçə ölkədən asılı olan Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib. Sonra şübhələnib ki, BMT Təhlükəsizlik Şurasında da ABŞ müttəfiqlərini başına toplayıb istədiyi qərarı keçirə bilər, o halda TŞ üzv dövlətlərinə veto hüququ verilməsində israr edib...

fjvz7jx86t9x2j5kblq8hzva6t3c91zx.jpg (120 KB)

Amerikaya xüsusi bir qıcığım yoxdur, amma xeyir ola, niyə BMT dünya millətlərinin təşkilatıdırsa, mənzil-qərargahı məsələn, İsveçdə, CAR-da, Braziliyada deyil, məhz ABŞ-da olmalıdır? Sual yeni deyil, ona görə izahatları da var ki, guya milyarder Rokfeller ABŞ-dan başqa heç bir yerdə olmayan qərargahın tikintisi üçün pul bağışlayıb və sairə... Nağıl. Elədirsə, BMT-nin iclasında iştiraka ABŞ-ın qoyduqları yasaqlar, viza verməməkləri necə, onu da Rokfellermi vəsiyyət etmişdi? “BMT-nin iclasına gəlmək üçün niyə ABŞ razılıq verməlidir” sualı ritorik səslənir. Elə ABMT-nin(Amerikanın Birləşmiş Millətlər Təşkilatı)də niyə bu gündə olduğu da...

Nazim SABİROĞLU,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR