Onlayn ictimai-siyasi qəzet
BMT Türkmənistan hakimiyyətini hüquq müdafiəçisi Qurbansoltan Açılovanı zəhərləməsi cəhdi ilə bağlı araşdırma aparmağa çağırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə BMT-nin hüquq müdafiəçiləri üzrə xüsusi məruzəçisi Meri Lovlor müvafiq bəyanatla çıxış edib.
Onun sözlərinə görə, bunlar yaşamaq hüququnun pozulmasını göstərə biləcək son dərəcə ciddi ittihamlardır. O vurğulayıb ki, Türkmənistan Açilovanın və onun ailə üzvlərinin təhlükəsizliyini təmin etməyə, habelə onlara ölkədən sərbəst şəkildə çıxmaq imkanı yaratmağa borcludur.
Hadisənin özü 2024-cü ilin noyabrında baş verib. Daha sonra Açılovanın sözlərinə görə, naməlum şəxs ondan kömək istəyib və minnətdarlıq əlaməti olaraq ona samsa (ətli piroq) və şirələr verib. Hüquq müdafiəçisi bu qidaları qonağına təklif edib. 15 dəqiqədən sonra qonaq qadın özünü pis hiss edib - siması dəyişib, nitqini və huşunu itirib. Həkimlər ona ağır zəhərlənmə diaqnozu qoyublar. Daha sonra samsa və şirə qutularında mənşəyi məlum olmayan yağlı maddə və çöküntü aşkar edilib.
Noyabrın 20-də, Açilova və qızı Mayanın Martin Ennals mükafatını almaq üçün Cenevrəyə yola düşəcəyi gün onların eviinə tibbi xalat və maskalı insanlar gəlib. Onlar yoluxma bəhanəsi ilə xəstəxanaya aparılıb və mükafatlandırma mərasimi bitənə qədər orada saxlanılıb. Sonradan məlum olub ki, diaqnoz təsdiqini tapmayıb. Bütün bunlar, Lovlorun fikrincə, səfərə müdaxilə cəhdinə işarə edir.
Bundan əlavə, xəstəxanada ilk üç gün ərzində qadın və qızı üçün əsas şərtlər təmin olunmayıb - yemək, su, hətta tualet kağızı belə olmayıb. Lovlor bu cür hərəkətlərin alçaltmaq və qorxutmaq məqsədi daşıdığını bildirib.
Hüquq müdafiəçisi hələ də nəzarətdədir - onun telefon zəngləri və onlayn fəaliyyəti izlənilir. Açılovanın evi hələ 2006-cı ildə sökülüb və o vaxtdan o, yeni mənzil almayıb. 2017 və 2024-cü illərdə onun oğlunun avtomobilinə dəyən ziyanla bağlı hallar da araşdırılmayıb.
Meri Lovlor əlavə edib ki, o, artıq Türkmənistan hakimiyyətindən rəsmi cavab gözləmir, lakin Açilovaya təzyiq və təhlükəsizlik zəmanətlərini dayandırmaq üçün real addımlar atmağı tələb edir.
Hazırda BMT nümayəndəsi Türkmənistan hökuməti ilə əlaqə saxlamağa davam edir və mümkün tədbirləri müzakirə edir.
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ