Onlayn ictimai-siyasi qəzet
BMT ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığını müsbət qiymətləndirib.
“Report”un ABŞ bürosu xəbər verir ki, BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq bu danışığı Rusiya – Ukrayna münaqişəsinin həlli yolunda atılmış müsbət addım olduğunu deyib.
“Birləşmiş Ştatlar və Rusiya Federasiyasının qlobal önəmini nəzərə alaraq, BMT problemlərin həlli istiqamətində müntəzəm təmasları və bu cür diplomatik səyləri alqışlayır. Təbii ki, bu, müsbət bir haldır”, – o bildirib.
Xatırladaq ki, daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov tərəflər arasında telefon danışığının baş tutduğunu açıqlamışdı.
13 Fevral 2025
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ