İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin Baş katibindən bu ölkə ilə bağlı VACİB ÇAĞIRIŞ

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres 11 mart 2023-cü il tarixində 12-ci ilini başa vuran Suriya vətəndaş müharibəsi ilə bağlı yazılı açıqlama verib.

Musavat.com xəbər verir ki, fevralın 6-da baş verən zəlzələ ilə əlaqədar Suriyada xalqın yeni faciə ilə üzləşdiyini deyən Quterreş humanitar yardıma ehtiyacın münaqişə başlayandan bəri ən yüksək həddə olduğuna diqqət çəkib.

BMT-nin baş katibi humanitar yardım əməliyyatlarının maneəsiz davam etdirilməsinin böyük aktuallıq və əhəmiyyət kəsb etdiyini bildirib.

"Zəlzələlərdən sonra verilən humanitar yardımlarla əldə edilən sürətin siyasi arenaya daşınması lazımdır. İnanıram ki, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya və beynəlxalq tərəfdaşlarla birlikdə atılacaq konkret addımlar davamlı sülhə zəmin yarada bilər” - o deyib.

Ölkə daxilində atəşkəsi təmin etmək, Suriya xalqının qanuni tələblərini yerinə yetirmək, qaçqınların könüllü və təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün “birgə hərəkət etməyin vaxtı” olduğunu bildirən Quterreş BMT-nin Suriyanın müstəqillik, birlik və suverenliyinə güclü bağlılığını təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR