İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən nüvə silahı ilə bağlı ÇAĞIRIŞ

Dünya birliyi nüvə arsenallarının azaldılması istiqamətində addım atmalı və son nəticədə bu silahdan tamamilə imtina etməlidir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensis bildirib.

"Nüvə silahları təkcə bəşəriyyət üçün deyil, həm də ətraf mühit və bütün planet üçün təhlükə yaradır. Baş Assambleya ümid edir ki, biz nüvə silahlarının azaldılması və nəticədə yox edilməsi istiqamətində irəliləyəcəyik".

BMT Baş Assambleyasının sədri vurğulayıb ki, nüvə silahına malik olan ölkələr xüsusi məsuliyyətlə hərəkət etməlidirlər.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2023-cü ilin yanvarında 12 512 döyüş başlığından təxminən 9 576-sı potensial istifadə üçün ehtiyatda olub. Doqquz nüvə dövləti - Böyük Britaniya, İsrail, Hindistan, Çin, Şimali Koreya, Pakistan, Rusiya, ABŞ, Fransa öz nüvə arsenallarını modernləşdirməyə davam edir. Qeyd olunub ki, Rusiya və ABŞ bütün nüvə silahlarının demək olar ki, 90%-nə sahibdir.

Frensis həmçinin qlobal qida istehsalçılarını əməkdaşlığa, istehsalın tempini və həcmini artırmağa çağırıb.

O, qlobal qida istehsalçıları arasında əməkdaşlığın artırılmasının zəruriliyindən də danışıb. Onun sözlərinə görə, 2050-ci ilə qədər dünya əhalisi təxminən 9,5 milyard nəfər olacaq ki, bu da ərzaq məhsullarına tələbatın xeyli artacağı deməkdir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, qlobal ərzaq qiymətləri iyulda bir qədər yüksəldikdən sonra avqustda ucuzlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR