Onlayn ictimai-siyasi qəzet
BMT Baş katibi Antonio Quterreş iyunun 29-da Mərkəzi Asiya turnesinə çıxacaq.
"Report"un ABŞ bürosu xəbər verir ki, baş katib əvvəlcə Özbəkistanda olacaq, daha sonra Qırğızıstan, Qazaxıstan, Tacikistan və Türkmənistana gedəcək.
A.Quterreşin səfəri zamanı hər bir ölkənin lideri və digər yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşlər keçirəcəyi planlaşdırılır.
O həmçinin iqlim dəyişikliyi ilə bağlı layihələrlə tanış olacaq və Qazaxıstanda yerli icmalar və gənc fəallarla görüşəcək. Baş katib Şanxay Əməkdaşlıq Təşkilatının iyulun 4-də Astanada keçiriləcək Zirvə Toplantısınada da iştirak edəcək.
Səfər iyulun 7-də başa çatacaq.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ