İnsanlara hürriyət, millətlərə istiqlal!

“Blokadada olan” Xankəndidə hündürmərtəbəli binalar tikilir- Ermənilərin özünüifşa fotoları

 

Ermənilər Laçın yolunun guya bağlı olduğunu iddia etdikləri halda, Xankəndidə tikinti işlərini davam etdirdilər.

Musavat.com erməni mediasına istinadən bildirir ki, şəhərin “Tiqran Mets” adlandırılan küçəsinə bitişik ərazidə “Hayastan” ümumerməni fondunun vəsaiti hesabına tikilən yeni məhəllənin tikintisi üzrə işlər davam etdirilir. Tikintini “Kapavor” və “Pant” MMC həyata keçirir. “Pant” MMC-nin rəhbəri Pavel Arutyunyan erməni mediasına açıqlamasında deyib ki, şirkət üç bina tikir. “Artıq binanın birinci hissəsində, sonuncu, 12-ci mərtəbəsində tikinti işləri aparılır: sütunlar və arakəsmələr quraşdırılır, ikincidə 6-cı mərtəbənin dam örtüyü, binanın üçüncü hissəsində isə tikinti işləri aparılır. Hazırda dayandırılıb”, - deyə o vurğulayıb. Arutyunyanın sözlərinə görə, daxili bəzək, suvaq, hamam və kafel işləri də paralel olaraq aparılır.

“Tikilməkdə olan birinci bina 2 otaqdan 4 otaqlıya qədər 48 mənzildən, ikinci 9 mərtəbəli bina isə 2 otaqdan 3 otaqlıya qədər 27 mənzildən ibarət olacaq”-deyib. Onu da iddia edib ki, binalar zəlzələyə davamlıdır.

İntensiv tikinti işlərindən danışdıqdan sonra Arutyunyan həyasızcasına “blokadanın yaratdığı problemlərdən” və “tikinti materiallarının çatışmazlığından” danışıb. “Əvvəlcədən müəyyən miqdarda tikinti materialı yığmışıq, lakin çatışmazlıq var. Buna baxmayaraq, işçi qüvvəsi və texnika qənaətbəxşdir”, - deyə P.Arutyunyan daha sonra əlavə edib. Bu mənzərənin özü göstərir ki, “blokada” iddiaları sadəcə nağıldır...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR