Onlayn ictimai-siyasi qəzet
Fevralın 6-da daha 18 nəfər Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə Ermənistandan Qarabağa qayıdıb.
Musavat.com-un məlumatına görə, bu barədə nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni erməni mediasına bildirib. Əlavə olunub ki, eyni gündə 15 nəfər Qarabağdan Ermənistana aparılıb.
Qeyd edək ki, bu gün Rusiya hərbçiləri də yük maşınları ilə Xankəndiyə ərzaq və yanacaq məhsulları daşıyıb. Bütün bunlara baxmayaraq, ermənilər “blokada” nağılını davam etdirirlər.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ