İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin köməkçisi Bakıda “status”, “Dağlıq Qarabağ”, “Minsk qrupu” demədi

İrəvanda deyəcəkmi? Ekspertdən şərh

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycana 2 günlük səfəri başa çatıb. Amerika rəsmisi Bakıda ölkə rəhbərliyi ilə görüşlər keçirib. Səfərinin yekunları ilə bağlı K.Donfrid keçirdiyi mətbuat konfransında bildirib ki,  ABŞ Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh razılaşmasının əldə olunması, regionda normallaşma üçün imkan pəncərəsi görür.

O vurğulayıb ki, sülh çətindir, çünki uzun müddət bu regionda münaqişə olub, insanlar faciə ilə üzləşib: “Mən Şəhidlər Xiyabanında oldum, münaqişə dövründə həyatını itirənlərin xatirəsini yad etdim. Sülh çətindir, amma biz kömək etmək istəyirik. Çünki inanırıq ki, hazırda hər iki ölkə üçün imkan var”.

Karen Donfrid “imkan pəncərəsi”nin nə qədər müddət olacağını bilmədiklərini diqqətə çatdırıb: “Bütün tərəfləri təşviq etmək istərdik ki, regionda sülhün əldə olunması üçün səylərində davamlı olsunlar. Mən ümid edirəm ki, normallaşma prosesində uğurlu nəticə görsək, bu regional inteqrasiyaya yol açacaq, xalqlar üçün səmərəli olacaq”.

Karen Donfried meets with Azerbaijani civil society

Dövlət katibinin köməkçisi Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunması istiqamətində səylərini qeyd edib: “Bakıda keçirdiyim görüşlərdə də bu məsələ müzakirələrin bir hissəsi idi. Bu istiqamətdə müzakirələrimi Tbilisi və İrəvanda da davam etdirəcəyəm. ABŞ Prezidenti Co Bayden və Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə fəal təmasdadır. Təkcə bu il ərzində Dövlət katibi Blinkenin Prezident Əliyevlə bir neçə telefon danışığı olub. Mənim regiona, Bakıya səfərim də ABŞ-ın Azərbaycanla fəal əlaqələrinin göstəricisidir. Bu səfərlər, təmas imkan verir ki, biz Cənubi Qafqazda sülhü necə dəstəkləyə bilmək imkanlarını daha yaxından öyrənək. Biz hazırda həm Azərbaycan, həm də Ermənistan üçün unikal imkanlar görürük”.

Ekspertlər yekunu necə dəyərləndirir? ABŞ regionda öz prioritetini müəyyən elədimi, Azərbaycanın bölgədə açar rolunu qəbul edirmi?

Sabiq dövlət müşaviri Qabil Hüseynli: "Türkiyə Qarabağ bölgəsində məsələnin  bitmədiyi qənaətindədir" - MÜSAHİBƏ

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibənin nəticələri bölgədə yeni reallıqlar yaradıb: “Yeni reallıq Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olaraq rolunu bir qədər də artırıb. Artıq dünya gücləri, o cümlədən ABŞ da yeni reallıqları qəbul edir. ABŞ dövlət katibinin müavinin Cənubi Qafqaz turnesinə məhz Azərbaycandan başlaması da bunun bir göstəricisidir .Bu xüsusda diqqətçəkicidir ki, xanım diplomat regiona səfərinə Azərbaycandan başlayıb. Bunun özü Azərbaycana önəm verilməsi deməkdir. Bilirsiniz ki, əvvəllər bu cür səfərləri adətən Gürcüstandan başlayırdılar.

ABŞ rəsmisi mətbuat konfransında verdiyi açıqlamalarda bəyan etdi ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülhə nail olunmasında maraqlıdır. Azərbaycan da ən yüksək səviyyədə bəyan edib ki, sülh sazişini imzalamaqda maraqlıdır. Deməli, sülh məsələsində Azərbaycanın mövqeyinin doğru olduğu Vaşinqton tərəfindən qəbul edilir, dəstəklənir. Bu da pozitiv halıdır ki, Departament rəsmisi Azərbaycan-Ermənistan barışığından danışarkən “Dağlıq Qarabağ”, “Minsk Qrupu”, “status” ifadələrini işlətmədi. Bu məqama ciddi məqamdır və ABŞ-ın yeni reallığı qəbul etməsinin daha bir göstəricisi sayıla bilər. Karen Donfrid bu günlərdə Ermənistanda görüşlər keçirəcək. Baxaq görək, İrəvanda özünü necə aparacaq, orada “Dağlıq Qarabağ”, Minsk qrupu", “status” söhbətini dilinə gətirəcək, yoxsa Bakıdakı kimi davranacaq".

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR