Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Entoni Blinken həm Ağdam, həm də Laçın yolunun Qarabağdakı erməni əhalisi üçün humanitar yüklərin daşınması məqsədilə eyni vaxtda və dərhal açılmasına çağırıb.
Musavat.com-un xəbərinə görə, dövlət katibinin rəsmi şəkildə yayılan açıqlamasında ABŞ-ın bölgədə gərginliyin artmasından narahat olduğu vurğulanır:
"ABŞ Azərbaycan və Ermənistan arasındakı bütün məsələlərin danışıqlar yolu ilə həllinə sadiqdir. ABŞ bir daha bəyan edir ki, irəliyə doğru yeganə yol Ermənistanla Azərbaycan arasında sülh, dialoq və münasibətlərin bir-birinin ərazi bütövlüyünü tanımaları və suveren hüquqlarına hörmət əsasında normallaşdırılmasından keçir".
Musavat.com
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ