İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlarla Rusiya bankı SWIFT-dən ayrılacaq, nefti isə... – Aİ daha sərt addımlara hazırlaşır

Avropa İttifaqı 20-dən çox Rusiya bankının SWIFT-dən ayrılması, həmçinin bu ölkənin neftinə tətbiq olunan qiymət "tavanı"nın aşağı salınmasını müzakirə edir.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg mənbələrə istinadən yayıb.

Qeyd olunur ki, təkliflər arasında “Şimal axını” qaz kəmərlərinə qarşı sanksiyalar da var. Rusiya neftinin qiyməti üçün hazırda 60 dollar səviyyəsində müəyyən edilən “tavan”ın bir barel üçün 45 dollara endirilməsi təklif edilir.

Bloomberg-in yazdığına görə, neft qiymətlərinin G7 səviyyəsində məhdudlaşdırılması təklif edilir və bunun üçün ABŞ-ın razılığı lazımdır.

Agentlik qeyd edir ki, “Avropa Komissiyası bu planlarla bağlı Aİ ölkələri ilə məsləhətləşmələr aparır”. Tədbirlər Rusiyaya qarşı növbəti sanksiya paketində əksini tapacaq.
Qeyd edək ki, Avropa Komissiyası Rusiyadan qaz idxalının dayandırılması planını qəbul edib. Macarıstanın bu planının icrasını əngəlləməsinə imkan verməmək üçün AK Rusiya qazının idxalına sıfır limit tətbiq etməyə hazırlaşır. Bu, Macarıstanın veto hüququndan yararlanmasının qarşısını alacaq.

Bundan əlavə, mayın 27-də Aİ-də qərarların qəbulunda Macarıstanın səsvermə hüququndan məhrum olunması məsələsinə baxılması nəzərdə tutulur. Belə bir qərar qəbul edilsə, rəsmi Budapeşt Rusiyaya qarşı sanksiyaları əngəlləmək imkanlarını tamamən itirmiş olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR