İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan əsilli rejissorun filmi Kann kino festivalının qalibi oldu

Azərbaycan əsilli İran rejissoru Cəfər Pənahi Kann Beynəlxalq Film Festivalının qalibi olub.

O, bu mükafatı "Bir sadə qəza" filminə görə qazanıb.

Qeyd edək ki, Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edərək festivalın əsas mükafatı olan "Qızıl Palma budağı"na layiq görülüb.

Rejissorun sərt və sosial məzmunlu filmləri hökumət tərəfindən təxribat xarakterli hesab edildiyindən, Pənahi 2009-cu ildən bu yana dəfələrlə həbs olunub və ona film çəkmək qadağan edilib.

Bununla belə, Pənahi bu il Kann festivalında əsas mükafat uğrunda yarışan yeni filmi — “Bir sadə qəza” ilə çıxış edib. O bildirib ki, bu filmdə ədalətsizliyi göstərmək üçün yumordan istifadə edib. Rejissor əlavə edib ki, həbsxanada keçirdiyi vaxt bu hekayəni daha da zənginləşdirməsinə kömək edib.

Adının açıqlanmasını istəməyən rejissora yaxın bir mənbənin verdiyi məlumata görə, film gizli şəkildə çəkilib və dövlət tərəfindən maliyyələşdirilməyib.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR