İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan İstanbul görüşünə sərt reaksiya: “Həmişəki kimi yalan danışırlar”

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yenə qəzəbli bəyanat yayıb. O, İstanbulda keçirilən görüşlərdə Ukrayna nümayəndə heyətinin hansı dildə danışdığı ilə bağlı Ukrayna tərəfinin verdiyi açıqlamaya sərt münasibət bildirib.

Zaxarova Ukrayna Xarici İşlər nazirinin müavini Sergey Kislitsanın “Türkiyədə keçirilən görüşlərdə Ukrayna nümayəndə heyəti ukraynaca və ingiliscə danışdı, ruslarla isə tərcüməçi vasitəsilə ünsiyyət qurdu” açıqlamasını Telegram kanalından şərh edərək, bu sözlərin həqiqətə uyğun olmadığını bildirib:

“Həmişəki kimi yalan danışırlar. Açılış mətni ingiliscə oxundu. Sonra isə rus dilinə keçdilər. Nə qədər acınacaqlıdır…” – deyə Zaxarova qeyd edib.

Zaxarovanın bu reaksiyası Moskvanın Ukrayna diplomatiyasına qarşı sərt və ittihamedici ritorikasının davamı kimi qiymətləndirilir. Xatırladaq ki, son vaxtlar Rusiya tərəfi Ukraynanın diplomatik addımlarını və beynəlxalq platformalardakı davranışlarını tez-tez tənqid edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR