İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken Braziliyada seçkilərin II turunun dinc şəraitdə keçiriləcəyinə ümid edir

ABŞ dövlət katibi Entoni Blinken Braziliyanı prezident seçkilərinin birinci turunun keçirilməsi münasibətilə təbrik edib və səsvermənin ikinci turunun dinc şəraitdə keçəcəyinə ümid etdiyini bildirib.

Musavat.com xəbər verir ki, o, bu barədə tviter sosial şəbəkəsində yazıb.

"Biz Braziliya xalqını və onun dövlət qurumlarını seçkilərin uğurla keçirilən birinci turuna görə təbrik edirik və növbəti lideri seçmək hüququnun azad şəraitdə həyata keçirilməsini dəstəkləyirik. Biz Braziliyada ikinci turun eyni dinc və vətəndaşlıq borcu mühitində keçiriləcəyinə əminliyi bölüşürük", - Blinken yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR