Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampla Mar-a-Laqo iqamətgahında təkbətək nahar etmək imkanı təxminən 5 milyon dollara başa gələ bilər.
Musavat.com xəbər verir ki, bu barədə Amerikanın "Wired" jurnalı mənbələrə istinadən məlumat yayıb.
Jurnalın verdiyi məlumata görə, biznesmenlər göstərilən məbləğ qarşılığında ABŞ prezidenti ilə şəxsən nahar etmək imkanı əldə edə bilərlər.
Nəşr yazır ki, keçən həftə Mar-a-Laqoda bir neçə nəfər üçün nahar təşkil edilib, tədbirə qatılmaq istəyən hər bir qonaqdan 1 milyon dollar tələb edilib.
Dəvətin mətni ilə tanış olan portalda qeyd olunur ki, iştirakın təsdiqi növbə ilə həyata keçirilib və yerlər son dərəcə məhdud olub.
İqbal,
Musavat.com
06 Mart 2025
05 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ