İnsanlara hürriyət, millətlərə istiqlal!

"Biz hələ də Sovet İttifaqının tərkibindəyik" - Xzmalyan

Ermənistanda 15 əsgərin ölümünə səbəb olan kazarma yanğını ölkə gündəmindən düşmür.
AzVision.az xəbər verir ki, "Avropa Partiyası"nın sədri Tiqran Xzmalyan sosial şəbəkələrdə iki foto paylaşaraq ordularının ağır durumda olmasından gileylənib.

Yanan 15 əsgər Kəlbəcərdən partlayışla çıxan hərbi hissədən olub“Birinci fotoda Gürcüstan ordusunun kazarmaları əks olunub. İkincidə isə Ermənistan Respublikasının Azad kəndində yanaraq kül olmuş kazarmadır. Nəzərinizə çatdırım ki, Gürcüstan hələ nə NATO-nun, nə də Avropa İttifaqının üzvü deyil. Gürcüstan sadəcə olaraq bu strukturlara qoşulmaq əzmində olduğunu bəyan edib və uzun illərdir ki, ordusunu Qərb standartlarına uyğun hazırlayaraq saxlayır. Biz isə 2020-ci ildə olduğu kimi hələ də Sovet İttifaqının tərkibindəki kimiyik...”  - Partiya sədri yazıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR