İnsanlara hürriyət, millətlərə istiqlal!

Birinci vitse-spiker: “Çox istərdim ki, hüquq və peşəkarlıq məsələlərini şübhə altına almayasınız”  

Milli Məclisdə təşkil olunan “Siyasi partiyalar haqqında” qanun layihəsinin dörd saatdan artıq çəkən müzakirəsi yekunlaşdı. Amma istisna deyil ki, qarşıdakı günlərdə növbəti müzakirə təşkil olunsun.

Musavat.com xəbər verir ki, dinləmələrdə moderatorluq edən vitse-spiker Fəzail İbrahimli qanun layihəsinin hazırlanması prosesində iştirak etmiş Birinci vitse-spiker, komitə sədri Əli Hüseynliyə söz verərkən “ola bilsin Əli müəllim sizi dediyinizə peşman eləsin”-deyə, incə zarafatla layihəni sərt tənqid edənlərə xitab elədi.

Birinci vitse-spiker Əli Hüseynli səslənən fikirlərlə bağlı bildirdi ki, əlavə və dəyişikliklərlə məsələnin həlli mümkün deyildi, yeni qanunun qəbulu zərurəti yaranıb. Çünki normativ hüquqi aktlar və Konstitusiya qarşımıza tələblər qoyub. O qeyd etdi ki, əslində, qanun layihəsi çox lokal hazırlanıb. Layihənin 2011-ci il variantına bənzərliyi haqda deyilənlərə gəldikdə, Ə.Hüseynli “Mən heç 2011-ci il qanun layihəsini görməmişəm, oxumamışam. Hansısa maddələr oxşar ola bilər, amma bu o demək deyil ki, o qanun layihəsindən istifadə olunub”-söylədi.

Venetsiya Komissiyasının vaxtilə hazırlanan qanun layihəsinə mənfi rəy verməsinə gəldikdə, Ə.Hüseynli dedi ki, bu komissiya digər ölkələrlə bağlı da müxtəlif rəylər verib. “Çox istərdim ki, hüquq və peşəkarlıq məsələlərini şübhə altına almayasınız. O halda siyasi peşəkarlıq məsələsi də şübhə altına alına bilər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR