İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir zəng kifayətdir ki... - Tramp dollardan imtina etmək istəyənləri hədələdi

Birləşmiş Ştatlar bəzi ölkələr üçün cavab rüsumlarına istisnalar tətbiq edə bilər.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib.

Onun sözlərinə görə, söhbət minimum 10 faizdən yuxarı tariflərdən gedir və 10 faizlik rüsumlarda heç bir istisna olmayacaq.

Tramp həmçinim əmin olduğunu bildirib ki, ABŞ dolları bu gün beynəlxalq bazarda ən güclü valyuta olaraq qalacaq: “Əgər hər hansı bir ölkə dollardan istifadəni dayandıracağını söyləsə, sizə deyə bilərəm ki, onların dollardan istifadəsinə qayıtması üçün bir telefon zəngi lazımdır. Düşünürəm ki, dollar əla vəziyyətdədir, o, həmişəkindən daha güclüdür”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR