Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin sentyabrında "Liverpul" və "Nyukasl"ın sabiq hücumçusu Endi Kerroll böyük bir avantüraya razılaşdı.
Maliyyə problemləri üzündən Fransanın dördüncü divizionuna düşmüş "Bordo" ona müqavilə təklif etdi. İngilis bu barədə fikirləşdi və dəvəti qəbul etdi.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, Kerrol keçən ili ikinci liqada, "Amyen"də keçirmişdi, ona görə də ölkəni tanıyırdı və onu hansı çətinliklərin gözlədiyini başa düşürdü. O, vaxtilə "Bordo"ya keçməsini belə izah edirdi:
"Bu, əla layihədir. Təəssüf ki, klub bir neçə divizion aşağı düşüb, lakin hələ də böyük klubdur və biz onu layiq olduğu yerə qaytarmağa çalışacağıq.
Fransada həyatı bəyəndim və bu fürsət yarandı. Böyük azarkeşləri olan böyük klubdur. Məşq meydançaları əladır və mən bu tarixin bir parçası olmaq istəyirdim".
Forvardın nə qədər maaş alması ilə bağlı ilk söz-söhbətlər məhz o zaman ortaya çıxdı. Bir vaxtlar onu "Nyukasl"dan 35 milyon funta almışdılar. Həftədə 80 min funt məvacib alırdı. Daha dəqiq məlumatlara sahib olan "L'Equipe"yə görə, Endinin "Bordo"dakı maaşı ayda 1614 avrodur. Fransada minimum əmək haqqı 1801 avrodur.
Bordoya köçməzdən əvvəl qazandığı pul olmasaydı, Endi belə görünərdi.
"Dediyim kimi, mən sadəcə futbolu sevirəm. Düzünü desəm, "Bordo"da oynamaq hətta məndən pul tələb edir. Amma futbol oynadığım üçün xoşbəxtəm. Klubun tarixinin bir parçası olmaq istəyirəm və bu, pulla bağlı deyil. Karyeramda heç vaxt əsas şey pul olmayıb", - Kerroll maaşı ilə bağlı şayiələrə münasibət bildirib.
Yeri gəlmişkən, "Bordo" hazırda 3-cü pillədə qərarlaşıb və ingilis forvard 14 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ