İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir milyon manatı ələ keçirən biznesmendən XƏBƏR VAR

Özünü yüksəkvəzifəli şəxsin qohumu kimi təqdim edərək dələduzluq əməli törətmiş 1993-cü il təvəllüdlü Əsəd Əsədovun barəsindəki məhkəmə qərarından kassasiya şikayəti verilib.

Şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əsədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Araşdırmalar zamanı məlum olub ki, Ə.Əsədov Gəncədə avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olub. Əsasən nisyə şəkildə mal alıb-satan Əsədov özünü vəzifəli şəxsin yaxını kimi təqdim edərək ümumilikdə 33 nəfərdən dəyəri bir milyon manata yaxın olan ehtiyat hissələri, avtomobillər və nağd pul alaraq dələduzluq edib. O, aldatma yolu ilə ələ keçirdiyi əmlakların xeyli hissəsini geri qaytarsa da, bir hissəsi qalıb.

Gənc iş adamı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. (Pravda.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR