İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir il ərzində Şuşada Türkiyə Baş Konsulluq binasının təməli də qoyulacaq” - Politoloq

“Şuşada Türkiyənin Baş Konsulluğunun açılması məsələsi artıq həll olunub. Sadəcə qalır, konsulluq binasının təməlinin nə zaman qoyulması”. Bu barədə politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərindən qayıdarkən verdiyi “Biz də Şuşada Baş Konsulluq açırıq” açıqlamasını Musavat.com-a şərhində bildirib.

E.Şahinoğlu qeyd edib ki, onun qənaətincə bir il ərzində Baş Konsulluq binasının təməli də qoyulacaq və qısa müddətdə inşa ediləcək. Bundan sonra isə qardaş ölkənin Baş Konsulluğu fəaliyyətə başlayacaq. Politoloq Şuşada Türkiyə Baş Konsulluğunun açılmasında bir problem, əngəl görmədiyini də deyib. Onun sözlərinə görə, Azərbaycanın Türkiyə ilə ittifaqı bütün sahələrdə daha da gücləndirməsinə ehtiyac var: “Bizə bir çox tərəflərdən təzyiq var. Belə bir vəizyyətdə Şuşada Türkiyənin Baş Konsulluğunun olması həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən də bizim üçün vacibdir. Görürsünüz ki, həm İran tərəfdən, həm də Ermənistan tərəfdən təhlükə ilə üz-üzəyik”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR