İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bir gün ac izdiham bahalaşma fonunda öz rəhbərini yeyəcək" - Samsonyan

Son günlər Ermənistanda sadə vətəndaşlar marketlərə axın edərək ərzaq məhsulları ehtiyatı yığırlar.

AzVision.az xəbər verir ki, bununa bağlı məlumat yayan yerli media hər şeyin Ukraynada müharibədən sonra başlandığını yazıb.

Qeyd edilir ki, iqtisadiyyatı, ticarəti əsasən Rusiyaya bağlı olan İrəvanda qiymət artımlarının müşahidə edilməsi də insanları buna vadara edib.

Rusiyadakı böhran İrəvanın ərzaq bazarını "vurdu"“Vətəndaş Şüuru” QHT-sinin sədri Narek Samsonyan isə günahı hökumətdə görüb. Onun sözlərinə görə bir gün ac xalq öz rəhbərini parçalayıb yeyəcək.

"İrəvanda və ümumiyyətlə ölkədə insanlar elə bir təlaş içindədirlər ki, un və yağ alarkən xeyli ehtiyat yığır, sanki dünyanın sonu olduğunu göstərirlər, ya da özlərini dəli kimi aparırlar... Amma bütün bunlar onun nəticəsidir ki, bu insanlar yuxarıda oturanlara, yalançı hakimiyyətə inanmırlar. Onlar artıq bir dəfə minlərlə insanın öldürülməsinə səbəb olana inanıblar. Bu cür idarəçiliyə sahib olmağın qiyməti budur və hər şey eyni məntiqlə irəliləyir. Bir gün onlardan (rəhbərlərdən-red.) birinin ac izdiham tərəfindən yeyildiyini öyrənəcəyik", - Samsonyan deyib.

Qeyd edək ki, son günlər Ermənistanda ərzaq məhsullarının qiyməti yüksək templə artır. Mütəxəssislər bunu İrəvanın iqtisadi cəhətdən Rusiya ilə daha çox bağlı olmasıyla əlaqələndirirlər. Bahalaşma daha çox yağ və şəkər tozunda müşahidə edilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR