İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bir gözü ağlayan, bir gözü gülən..." - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı instaqram səhifəsində Novruz bayramı ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, aktrisa paylaşımında bunları qeyd edib:

"Xalqımın bahar bayramını, Novruz bayramını təbrik edirəm. Can sağlığı və ruzi-bərəkət arzulayıram. Çox qəribədir ki, biz bir gözü ağlayan, bir gözü gülən xalq olmuşuq. Lakin buna baxmayaraq, hər ikisini ləyaqətlə yerinə yetirə bilmişik ki, düşmən sevinməyib, dost isə qürur duyub. Biz qürur duyulası xalqıq. Bir daha bahar bayramınızı təbrik edirəm və ən böyük arzum budur ki, bu bahar elimizə, obamıza, özümüzə əmin-amanlıq, sakitlik və ruzi bərəkət gətirsin. Hamınızı öpüb bağrıma basıram".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR