İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəqədidə velosiped oğrusu tutulub - 20 nəfərə ziyan vurub

Paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus dəyəri 1200 manat olan velosiped yaşadığı binanın dəhlizindən oğurlanıb.

DİN-dən Musavat.com-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Tofiq Mürsəlov saxlanılıb. Araşdırma zamanı onun Binəqədi rayonunda daha 19 vətəndaşa məxsus velosipedi oğurladığı müəyyən edilib. Tofiq Mürsəlov oğurladığı velosipedlərin bir neçəsini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birində satıb. Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Tofiq Mürsəlovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR