İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəqədi sakinləri ilə növbəti görüş – “Sıra indi bizdədir!”

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin Seçki Qərargahı aktiv şəkildə təbliat-təşviqat kampaniyasını davam etdirir.

Musavat.com xəbər verir ki, seçkiöncəsi görüşlər günaşırı baş tutur.

Növbəti görüş avqustun 17-də Tennis Akademiyasının ərazisində açıq havada keçirilib. Toplantı ənənəvi qaydada milli himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlayıb.

Görüşün aparıcısı, seçici İlahə Məmmədova deyib ki, Azay Quliyevin seçicilərlə hər görüşü dairədəki vətəndaşların müzakirəsinə səbəb olur:

“Azay müəllim yeganə namizəddir ki, şəxsən özü, Seçki Qərargahının üzvləri, vəkilləri dairədəki bütün seçicilərlə bu və ya digər şəkildə birbaşa təmaslar qurur. Onu demək olar bütün seçicilər tanıyır, çünki əvvəlki deputatlığı dönəmində məhəllə-məhəllə insanlarla görüşüb, hər kəsə əlçatan olub. Buna görə Azay müəllimin xüsusi olaraq tanıdılmasına ehtiyac olmasa da, biz qərargah üzvləri seçki kampaniyasını nizamlı şəkildə aparılmasında qərarlıyıq. Biz seçimimizi çoxdan etmişik, sentyabrın 1-də səsimizi Azay Quliyevə verəcəyik”.

Seçicilərin adından çıxış edən şair, publisist Zakir Ağdamlı isə “elin gözü tərəzidir, insanlar kimin kim olduğunu bilir və buna görə də hər zaman doğru seçim edirlər” – deyə qeyd edib:

“8 saylı dairədə yaşayan bir aktiv şəxs, xalqın içində olan adam kimi əminliklə deyə bilərəm ki, Azay Quliyev artıq hər kəsin rəğbətini qazanıb, insanların əksəri onu yenidən deputat görmək istəyir. Səbəbsiz deyil, çünki Azay Quliyev seçiciləri üçün çalışmağı, öhdəliyini daim ləyaqətlə yerinə yetirməyi bacarıb. Biz seçicilərin də vəzifəsi, borcu our ki, sentyabrın 1-də gedib ona səs verək. Sıra indi bizdədir!”.

Sonda çıxış edən Azay Quliyev seçicilərin bu səmimi davranışlarına görə təşəkkür edib:

“Mən qürur hissi keçirirəm ki, seçicilərimlə bu cür səmimi və dogma ünsiyyət qura bilmişəm. Sizinlə birlikdə biz əlbəttə ki, yenidən qalib gələcək və daha böyük işlər görməyə nail olacağıq. Bizim birgə gücümüzdən, mənə göstərdiyiniz inam və etimatdan narahat olan bəzi adamlar də var, onların fəaliyyəti, seçiciyə deməyə bir sözü olmadığı üçün böhtan, qarayaxma yolu ilə seçki mühitini çirkləndirməyə, eyni zamanda özlərinə diqqət çəkməyə çalışırlar. Görünür, onların da təfəkkürləri yalnız buna çatır. Biz bunun heç birinə əhəmiyyət vermirik və verməyəcəyik. Bu cür adamlara sizin ən layiqli cavabınız səsvermə günü hamılıqla seçkiyə gəlib, doğru seçim etməyiniz, birlikdə qalib gəlməyimiz olacaq.

Biz Birlikdə Güclüyük!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR