İnsanlara hürriyət, millətlərə istiqlal!

Binədə marketlərdən 54 min manatlıq naqil oğurlayan şəxslər saxlanıldılar

Polis Binə qəsəbəsində marketlərdən 54 min manat dəyərində naqil oğurlayan şəxsləri saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində talama cinayəti qeydə alınıb. Qabaqcadan əlbir olan naməlum şəxslər gecə saatlarında iki marketin anbarının qapısını qıraraq içəri daxil olub və oradan 54 min manat dəyərində naqil oğurlayıblar.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ərazidəki təhlükəsizlik kameraları yoxlanılıb və əməliyyat-axtarış fəaliyyətinə başlanılıb. Nəticədə oğurluq cinayətini törədən şəxslərin əvvəllər hər ikisi məhkum olunmuş 22 yaşlı Asif Pirimov ilə 24 yaşlı Kənan Cəfərov, 23 yaşlı İbrahim Nuriyev və 18 yaşlı Mirəhəd Əliyev olduqları müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR