İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi qüvvələr Türkiyə və Azərbaycanın əldə etdiyi nailiyyətlərdən narahatdılar

Azərbaycan Suriya məsələsində Türkiyə ilə birgə hərəkət edəcək. Regionda bəzi qüvvələr bundan narahatdırlar. Ciddi şəkildə, xüsusilə sosial media platformalarında süni problemlər yaratmaq üçün təbliğat aparılır.

Musavat.com xəbər verir ki, bunu BMTM-in şöbə müdiri Cavid Vəliyev bildirib. C.Vəliyev anti-təbliğatın Türkiyədə də ciddi narahatlıqla qarşılandığına diqqət çəkdi: "Biz bununla bağlı mesajlar alırıq. Məqsəd Türkiyə və Azərbaycanın əldə etdiyi birgə nailiyyətlərə kölgə salmaqdır. Bu çərçivədə növbəti ildə Türkiyənin beyin mərkəzləri ilə görüş keçirməyi və müzakirələr aparmağı planlaşdırırıq".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR