İnsanlara hürriyət, millətlərə istiqlal!

"Beynəlxalq Cinayət Məhkəməsi həmin cinayətə görə Putinin həbsinə order verib... " - Politoloqdan ilginc şərh

"Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı müharibə cinayətləri kontekstində iki nəfərin – Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Rusiya Federasiyası Prezident Aparatı yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Məhkəmə hər iki şəxsin həbsinə orderi işğal olunmuş ukrayna ərazilərdəki uşaq və körpələr evlərindən yüzlərlə ukraynalı uşaqların qanunsuz deportasiyası və məcburi köçürülməsinə görə cinayət məsuliyyəti daşıdığına görə verib".

Musavat.com bildirir ki, bu sözləri politoloq Yeganə Hacıyeva Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsini şərh edərkən bildirib.

Politoloq qeyd edib ki,  ukraynalı uşaqların deportasiya və köçürülməsindən sonra Rusiya bunu uşaqların Rusiya Federasiyasında övladlığa götürülməsi kimi təqdim edib. Lakin bir müddətdən sonra məlum olub ki, Rusiyada bu uşaqların övladlığa götürlüməsindən kütləvi imtina olunub.

Prezident İlham Əliyevin qətiyyəti bu dəfə də öz sözünü dedi » BAYRAQDAR  MEDİA

"Rusiya rəsmi instansiyaları ilkin mərhələdə bu imtinanın səbəbi kimi ölkə qanunvericiliyin xaricdən övladlığa götürülmənin imkan verməməsi kimi izah vermişdilər.

Uşaqların övladlığa götürülməsini asanlaşdırmaq üçün Rusiyanın müvafiq qanunvericiliyi də dəyişdirildi.

Lakin bundan sonra da məlum oldu ki, Rusiya Federasiyasına deportasiya olunmuş ukraynalı uşaqların böyük əksəriyyəti üçün övladlığa götürülməkdən imtina olunub", deyə politoloq bildirib.

Yeganə Hacıyeva həmçinin xatırladıb ki, Rusiya prezidenti Putin , Beynəlxalq Cinayət Məhkəməsinin Liviya prezidenti Müəmmər Qəddafi , Sudan prezidenti Ömər əl-Bəşir və Fil Dişi Sahilinin prezidenti Loran Qbaqbodan sonra barəsində həbs qərarı çıxardığı 4-cü ölkə rəhbəridir:

"Digərlərinin aqibəti isə belədir -  Muammar Qaddafi küçədə öldürüldü, Ömər əl-Bəşir və Loran Qbaqbo isə hal-hazırda həbsdədirlər".

Xatırladaq ki, Rusiya prezidentinin həbsinə dair order 123 ölkədə qüvvədədir. Roma Statutunu imzalayan bu 123 dövlət Putin üçün verilən həbs orderini icra etməlidir.

Bu ölkələrdən 33-ü Afrikada, 19-u Asiya-Sakit okean hövzəsində, 18-i Şərqi Avropada, 28-i Latın Amerikası və Karib hövzəsində, 25-i isə Qərbi Avropada və başqa ərazilərdə yerləşir.

Qərara görə, Putin bu 123 ölkədən hər hansı birinə gedərsə və ya təyyarə ilə bu ölkələrin üzərindən keçərsə, o, həbs edilməlidir.

Putinin saxlanıla biləcəyi ölkələrin siyahısı aşağıdakı kimidir:

Əfqanıstan, Albaniya, Almaniya, Andorra, Antiqua və Barbuda, Argentina, Avstraliya, Avstriya, Banqladeş, Barbados, Beliz, Benin, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Bolqarıstan, Burkina Faso, Belçika, Yaşıl burun, Kamboca, Kanada, Çad, Çili, Kipr, Kolumbiya, Komor adaları, Cənubi Koreya, Fil Dişi Sahili, Kosta Rika, Xorvatiya, Danimarka, Dominikan, Ekvador, El Salvador, Slovakiya, Sloveniya, İspaniya, Estoniya, Finlandiya, Fici, Fransa, Qabon, Qambiya, Gürcüstan, Qana, Qranada, Yunanıstan, Qvatemala, Qvineya, Qayana, Honduras, Macarıstan, Eire, İslandiya, Kuk adaları, Marşal adaları, İtaliya, Yaponiya, İordaniya, Keniya, Kiribati, Lesoto, Latviya, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Şimali Makedoniya, Madaqaskar, Malavi, Maldiv adaları, Malta, Mavrikiy, Moldova, Monqolustan, Monteneqro, Meksika, Namibiya, Nauru, Nigeriya, Norveç, Yeni Zelandiya, Niger, Fələstin, Panama, Paraqvay, Hollandiya, Peru, Polşa, Portuqaliya, Birləşmiş Krallıq, Mərkəzi Afrika Respublikası, Çexiya Respublikası, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Dominik respublikası, Rumıniya, Samoa, Saint Kitts və Nevis, San Marino, st. Vinsent və Qrenadinlər, st. Lucia, Seneqal, Serbiya, Seyşel adaları, Sierra Leone, Cənubi Afrika, İsveç, İsveçrə, Surinam, Tanzaniya, Tacikistan, Şərqi Timor, Trinidad və Tobaqo, Tunis, Uqanda, Uruqvay, Vanuatu, Venesuela, Cibuti, Zambiya.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR