İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq agentlik Çinin reytinqini “mənfi” proqnoza dəyişdi

"Moody's Investors Service" Beynəlxalq reytinq agentliyi Çinin uzunmüddətli xarici və yerli valyutada reytinqini "mənfi" proqnozla "A1" səviyyəsində təsdiqləyib.

Musavat.com agentliyin açıqlamasına istinadən xəbər verir ki, reytinqlərlə bağlı mənfi proqnoz Çinin əsas ticarət tərəfdaşları ilə münasibətlərindəki gərginliyin uzunmüddətli perspektivdə ölkənin kredit profilinə mənfi təsir göstərməsi riskindən irəli gəlir.

"Moody's" ekspertləri qeyd edirlər ki, xüsusilə qlobal ticarət axınlarında dəyişikliklər və dünya ticarətinin zəifləməsi Çinin məhsuldarlığa əsaslanan artım modelinə keçidə nail olmaq və dövlət borcunun artımını cilovlamaq qabiliyyətinə mane ola bilər:

"Çinin "A1" reytinqləri ölkənin böyük iqtisadiyyatını, onun dinamizmini və innovasiya perspektivlərini nəzərə alır".

Agentliyin analitikləri Çinin iqtisadi artım potensialının 2030-cu ilə qədər 3,5-4 faizə qədər azalacağını gözləyirlər.

2024-cü ilin sonuna Çin hökuməti iqtisadiyyatın 5 faiz artdığını elan edib və eyni artım 2025-ci il üçün sosial-iqtisadi inkişaf planında da nəzərdə tutulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR