Onlayn ictimai-siyasi qəzet
Xeyriyyə oyununda "Sabah"ın qonağı olacaq Türkiyənin "Beşiktaş" klubu Bakıya gəlib.
Musavat.com-un "Report"a istinadla məlumatına görə, İstanbul təmsilçisini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, mayın 13-də keçiriləcək "Sabah" - "Beşiktaş" oyunu saat 18:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ