İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərzani Azərbaycanda - FOTOLAR

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Musavat.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana səfərə gəlib.

Bu barədə İraq Kürdüstan Regionunun KİV-ləri məlumat yayıb.

***

İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani iyulun 18-i Azərbaycana səfərə gələcək.

Bu barədə “Shafaq News” məlumat yayıb.

Səfər çərçivəsində ikitərəfli əlaqələr, eləcə də müxtəlif sektorlar üzrə qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Məlumatda qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il fevralın 18-i Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında baş tutan görüşdə Bərzanini Bakıya dəvət edib.

berzani.jpeg (285 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR