İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdə sakininin qulağını kəsiblər?

Bərdə rayonunda bazarda satıcı işləyən şəxsin ölümcül döyülməsi, qulağının kəsilməsi ilə bağlı şikayətin polisdə araşdırmadığına dair sosial mediada iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tərəflər arasında bazarda yer üstündə mübahisə olub, biri digərini yumruqla vurması nəticəsində o qulağından xəsarət alıb:

"Şəxsin qulağının hansısa kəsici alətlə kəsilməsi faktı yoxdur. Bununla bağlı rayon polis şöbəsinə daxil olan şikayət üzrə təhqiqat araşdırması aparılır, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb. Araşdırmanın nəticəsindən, xəsarətin dərəcəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Şikayətçinin müraciətinə baxılmadığına dair iddiaları şəxsi mülahizələrdir, polis tərəfindən zəruri tədbirlər görülüb".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR