İnsanlara hürriyət, millətlərə istiqlal!

Benksinin Ukraynada çəkdiyi rəsm gündəm oldu - FOTO

Dünya şöhrətli küçə rəssamı Benksi Ukraynada Rusiyanın bombalaması nəticəsində dağılan binanın divarındakı yeni əl işini paylaşıb.

Musavat.com xəbər verir ki, məşhur qraffiti-rəssamın yeni əl işi milyonlarla insan tərəfindən bəyənilib.

Divar şəkilləri ilə dünya miqyasında təsir bağışlayan britaniyalı qraffiti rəssamı Benksi sözügedən son əl işini İnstaqram hesabında paylaşıb. Benksinin "Borodyanka, Ukrayna" qeydi ilə paylaşdığı əsərində müharibədə dağılmış binanın divarında əlləri üzərində tarazlığını saxlamağa çalışan qadın gimnast təsvir edilib.

Qeyd edək ki, dünyanın ən məşhur rəssamlarından biri olan və əsərlərində “Benksi” təxəllüsündən istifadə edən rəssam illərdir kimliyini gizli saxlayıb.

Məlumat üçün onu da bildirək ki, Rusiyanın fevralın 24-də Ukraynaya hücumundan sonra Borodyanka ən çox zərər çəkmiş bölgələrdən biri olub. Rusiya əsgərləri müharibənin birinci mərhələsində Ukraynanın paytaxtı Kiyevdən təxminən 48 kilometr şimal-qərbdə yerləşən Borodyankanı ələ keçirib. Müharibə nəticəsində dağıdılan qəsəbə aprel ayında yenidən Ukraynanın nəzarətinə keçib.

Musavat.com

A new Banksy mural adorns a destroyed building in Ukraine : NPR

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR