Onlayn ictimai-siyasi qəzet
İyulun 12-də Rusiyanın müdafiə naziri Andrey Belousov Pentaqonun rəhbəri Lloyd Ostinə zəng edərək Ukraynanın Rusiyaya qarşı hazırladığı əməliyyat barədə məlumat verib.
Musavat.com xəbər verir ki, Amerikanın The New York Times (NYT) qəzeti mənbələrə istinadən Pentaqonun Rusiya nazirinin xəbərdarlığından sonra Ukraynanın əməliyyatının qarşısını aldığını yazıb.
İki ABŞ rəsmisinin və zənglə bağlı məlumatlandırılan digər rəsminin sözlərinə görə, Moskva Ukraynanın Rusiyaya qarşı planlaşdırdığı gizli əməliyyatının ABŞ-la razılaşdırıldığına dair sübutlar aşkar edib. Sonra Belousov birbaşa Ostindən Pentaqonun bundan xəbəri olub-olmadığını soruşub.
Həmsöhbətlərin NYT-yə verdiyi məlumata görə, Pentaqon nümayəndələri belə bir bəyanatdan təəccüblənərək onu təkzib etməyə çalışıblar.
Belousov isə onlara xəbərdarlıq edərək, əməliyyata yol verilməməsini tələb edib, Pentaqon isə Kiyevdən planı dayandırmağı istəyib.
“The New York Times” öz mənbələrinə istinadən xəbər verir ki, Ukraynanın ABŞ-dan hərbi, kəşfiyyat və diplomatik dəstəkdən dərin asılılığına baxmayaraq, ukraynalı rəsmilər heç də həmişə amerikalı həmkarları ilə hərbi əməliyyatları haqqında məlumatı paylaşmırlar. Bu, ABŞ rəsmilərini məyus edir.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ