İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçikanın iki əsgəri Avropa Komissiyasının binası qarşısında saxlanılıb

Belçika Hərbi Hava Qüvvələrinin iki əməkdaşı Brüsselin Avropa məhəlləsinin mərkəzində həbs edilib.

Bu barədə “Report” “Politico” və “Het Nieuwsblad”a istinadən xəbər verir.

Qeyd edilir ki, onların üzərində sursat aşkarlanıb.

Hadisə yerində olan şahidlərin dediyinə görə, həbs Avropa Komissiyasının mənzil-qərargahının qarşısında, Arximed küçəsində, “Brüssel rəsmilərinin sevimli ziyarətgahı” sayılan Berlaymont kafesinin yaxınlığındakı mənzildə baş verib.

"Bu iki şəxs saxlanılıb, polis xidmətləri tərəfindən dindirilib və sonra sərbəst buraxılıb", - Brüssel prokurorluğunun sözçüsü bildirib.

“Het Nieuwsblad” qəzetinin məlumatına görə, sakinlər açıq pəncərədən iki nəfərin odlu silahla atəş açdığını görüb və polisə müraciət ediblər.

Polis ərazidə pnevmatik silah aşkarlayıb. Lakin binada axtarış zamanı polis “Belçika qoşunlarının istifadə etdiyi avtomatlar üçün nəzərdə tutulmuş” 200-dən çox patron aşkar edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR