Onlayn ictimai-siyasi qəzet
Belarusda ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Kriger prezident Aleksandr Lukaşenko tərəfindən əfv oluna bilər.
Musavat.com “Belta” agentliyinə istinadla xəbər verir ki, bunu Krigeri müdafiə edən vəkil Vladimir Qorbaç bildirib.
Bu, o, maraqlı tərəfləri Krigerin taleyini və onun əfv ərizəsini müzakirə etməyə dəvət edən Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra məlum olub.
“Biz dövlət başçısının qəbul edəcəyi humanizm aktına ümid edirik”, - deyə vəkil bildirib.
İyulun 20-də məlum olub ki, Kriger Belarusda edam cəzasına məhkum edilib. O, ölkə Cinayət Məcəlləsinin muzdluluq və terrorizm də daxil olmaqla altı maddəsi ilə ittiham olunur. Müstəntiqlərin fikrincə, həmin şəxs Ukrayna ordusunun tərəfində vuruşan belaruslu muzdlulardan ibarət Kastus Kalinovski alayının üzvü olub, lakin alayın özü bunu inkar edir. Hüquq müdafiəçilərinin dediyinə görə, məhkəmə qərarında “partlayış törətmək”dən də bəhs edilir, lakin söhbətin hansı partlayışdan getdiyi bəlli deyil.
Daha əvvəl Belarusda edama məhkum edilmiş Almaniya vətəndaşının hansı tapşırığı yerinə yetirdiyini açıqlayıblar.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ