İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Ukraynanın "Lvov" klubunun qapıçılar üzrə məşqçisi Vasili Xomutovski Belarusda saxlanılıb.

"Report" "Tribuna" nəşrinə istinadən xəbər verir ki, buna 44 yaşlı mütəxəssisin 2020-ci ildə müxalifətin aksiyalarında iştirakı səbəb olub.

Xomutovskiyə qarşı cinayət işi də açılıb. O, ictimai asayişin kobud şəkildə pozulmasının təşkilində və hazırlanmasında ittiham edilir.

Cinayət məcəlləsinin bu maddəsinə görə üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Vasili Xomutovski 2000 - 2008-ci illərdə Belarus yığmasının formasını geyinib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR