İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus MN: Hərbçilərimiz “İsgəndər” və “S-400”lərin istismarını... - DETALLAR

“İsgəndər” raket komplekslərinin və “S-400” zenit-raket komplekslərinin istismarını təmin edən Belarus hərbçiləri Rusiya və Belarus silahlı qüvvələrinin birgə döyüş hazırlığı mərkəzlərində tam təlim kursu keçiblər.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin İdeoloji işlər üzrə Baş idarəsinin rəisi Leonid Kasinski STV telekanalına müsahibəsində deyib.

“Bu silah növləri bu gün döyüş növbətçiliyindədir və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazırdır”, – Kasinski bildirib.

O, həmçinin əlavə edib ki, xüsusi aviasiya sursatlarının daşınması üçün nəzərdə tutulan təyyarələrin və uçuş heyətinin hazırlığı davam edir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR