İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ-yə səfəri zamanı Putini Kadırov da müşayiət edib

Rusiya prezidenti Vladimir Putini Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Çeçenistanın rəhbəri Ramzan Kadırov müşayiət edib.

Musavat.com xəbər verir ki, bu barədə Çeçenistan liderinin Telegram-kanalında məlumat verilib.

Kadırov yazıb: “Rusiyanın ümummilli lideri Vladimir Putinə mənə Rusiya nümayəndə heyətinə daxil olmaq şərəfini verdiyi üçün bütün qəlbimlə təşəkkür edirəm”.

O, həmçinin qeyd edib ki, Putinin BƏƏ-yə səfəri hər iki ölkənin inkişafı üçün “yeni imkanlar açacaq” və Rusiya prezidentinin əmirlik həmkarı Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündən sonra qəbul edilən qərarlar gələcək əməkdaşlıq üçün əsas olacaq. .

Bundan əvvəl Putinin BƏƏ-yə səfərindən sonra Səudiyyə Ərəbistanına gəldiyi bildirilirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR