İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ və Çindən Qazaxıstana yüz milyardlarla tenge qaytarılıb - ÖRNƏK

Qazaxıstan ölkədən çıxarılan 676 milyard tenge qeyri-qanuni maliyyə resurslarından dəymiş ziyanı ödəyə bilib.

Musavat.com Qazaxıstan mediasna istinadla xəbər verir ki, Qazaxıstan Respublikasının Baş Prokurorluğu pulların geri qaytarıldığı əsas ölkələrin adını açıqlayıb.

Dövlət agentliyinin məlumatına görə, iqtisadi resursların qanunsuz cəmləşməsinə qarşı mübarizə üzrə idarələrarası komissiyanın işi çərçivəsində dövlətə 676 milyard tenge dəyərində dəymiş ziyan da daxil olmaqla əmlak qaytarılıb.

Dörd xarici yurisdiksiyadan 500 milyon dollardan çox vəsait daxil olub. Bunlar Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Çin, Lixtenşteyndir.

“Hazırda hüquq-mühafizə orqanları iqtisadi resursların qanunsuz cəmləşdirilməsi və aktivlərin götürülməsi əlamətləri olan bir sıra cinayət işləri, o cümlədən korrupsiya cinayətləri üzrə araşdırma aparır”, - Baş Prokurorluqdan nəşrə bildiriblər.

Qazaxıstan Prezidentinin 5 iyun 2022-ci il tarixli fərmanı ilə İqtisadi Resursların Qanunsuz Təmərküzləşməsinə Qarşı Mübarizə üzrə İdarələrarası Komissiya yaradılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR