İnsanlara hürriyət, millətlərə istiqlal!

BDU-nun 4 tələbəsi zəhərlənib

Bakı Dövlət Universitetinin 4 tələbəsi qidadan zəhərlənib.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə gətirilib.

KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.

Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: "Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR