Onlayn ictimai-siyasi qəzet
Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb. Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə iştirakının müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ