İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin vida çıxışında ŞOK DETALLAR – Yastıq, salfet qutusu...

ABŞ-ın 82 yaşlı prezidenti Co Bayden Oval Ofisdən etdiyi 18 dəqiqəlik vida çıxışında yastıq dəstəyi alıb.

Musavat.com xəbər verir ki, fotolarda prezident kreslosundakı dəri mindərin üzərinə qoyulmuş kiçik bir yastıq diqqət çəkib.

Həmçinin Baydenin sağ tərəfində yerləşdirilmiş salfet qutusu da görünüb.

Co Bayden öz çıxışında prezidentlik dövrünün "ABŞ tarixinin ən çətin illərindən biri" olduğunu vurğulayıb və Trampın müttəfiqi İlon Maska işarə edərək "bir oliqarxiyanın yaxınlaşdığı" barədə xəbərdarlıq edib.

"Bu gün Amerikada formalaşan oliqarxiya demokratiyamızı, əsas hüquqlarımızı, azadlıqlarımızı və hər kəsin irəliləməsi üçün ədalətli imkan əldə etməsini təhdid edir", - deyə Bayden bildirib.

O, "texnologiya-sənaye kompleksi" mövzusunda xəbərdarlıq edərək, siyasətdəki "qara pul" məsələsinə diqqət çəkib və Konqres üzvlərinin səhm alqı-satqısının qadağan olunmasını təklif edib. Bu şərhlər tənqidçilər tərəfindən riyakarlıq kimi dəyərləndirilib.

Co Bayden Ali Məhkəmə hakimləri üçün 18 illik xidmət müddəti məhdudiyyəti tətbiq olunmasını təklif edib. Vəzifəni təhvil alacaq Donald Trampa işarə edərək "Heç bir prezidentin vəzifə müddətində törətdiyi cinayətlərdən azad olmaması Konstitusiyada açıq şəkildə göstərilməlidir", - deyə bildirib.

Bayden çıxışını "Gələcək administrasiyaya uğurlar arzulayıram, çünki Amerikanın uğurlu olmasını istəyirəm" - sözləri ilə tamamlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR