İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin seçki yarışından geri çəkilməsinə İlon Maskdan reaksiya

"İndi "demokratiyanın kəfgiri" ABŞ Respublikaçılar Partiyasına doğru yellənir".

Oxu.Az xəbər verir ki, bu sözləri amerikalı iş adamı İlon Mask ABŞ Prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilməsini şərh edərkən "X" hesabında yazıb.

"Əvvəllər bu Demokratik Partiya idi, amma indi kəfgir Respublikaçılar Partiyasına doğru yellənir", - milyarder yazıb.

O, həmçinin ABŞ-yə inandığını və onun fərdi azadlığı və ləyaqətini maksimum dərəcədə təbliğ etdiyini qeyd edib.

İlon Mask Respublikaçılar Partiyasını və onun prezidentliyə namizədi Donald Trampı fəal şəkildə dəstəkləyir.

Qeyd edək ki, bu gün Co Bayden prezidentlik yarışından geri çəkildiyini bildirib. ABŞ prezidenti həmçinin həftənin sonunda xalqa müraciətində qərarı barədə daha geniş danışacağına söz verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR