İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin müşaviri: “Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə çağırdım”

“Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə çağırdım”.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tviter hesabında yazıb.

O, ABŞ-ın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşə ev sahibliyi etməsindən məmnun qaldığını vurğulayıb.

“Mən Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə, o cümlədən etimadın möhkəmləndirilməsi üçün təxribatlardan qaçmağa və gərginliyi azaltmağa çağırdım”, - ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR